Xəzər Xəbər

ABŞ İran əleyhinə bəzi sanksiyaları ləğv etməyə hazırdır

Dünya | 09:32 • 8 Aprel 2021
ABŞ İran əleyhinə bəzi sanksiyaları ləğv etməyə hazırdır

Birləşmiş Ştatlar İranın Nüvə Müqaviləsi ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına zidd olan sanksiyaları ləğv etməyə hazırdır.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays açıqlayıb.

Onun sözlərinə görə, sanksiyalar məsələsi açıq qalır.

"Biz Nüvə Müqaviləsi üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına qayıdış üçün lazımi addımlara, o cümlədən sanksiyaların ləğvi yolu ilə təşəbbüsə hazırıq, hansılar ki, fəaliyyət planına uyğun deyil", - o deyib.

Diplomat həmçinin qeyd edib ki, İran sazişinin icrası üzrə konstruktiv danışıqlar Vyanada keçirilir. Amerika nümayəndə heyəti artıq Rusiyanın, Avropa Birliyinin və Çinin nümayəndələri ilə danışıb.

Daha əvvəl İran prezidenti Həsən Ruhani hökumətin növbəti iclasında bildirib ki, ABŞ tam həcmdə Birgə Hərtərəfli Fəaliyyət Planında iştirakını yeniləyən kimi İran nüvə sazişi üzrə öhdəliklərin icrasına qayıdacaq./report

Xəbər lenti