Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

Rəsmi Moskva Şuşada "İsgəndər"in istifadəsi ilə bağlı fakta münasibət bildirdi

Dünya | 69 | 16:13 • 7 Aprel 2021
Rəsmi Moskva Şuşada "İsgəndər"in istifadəsi ilə bağlı fakta münasibət bildirdi

Qarabağda qalıqları aşkar edilmiş "İsgəndər" raketi barədə hər hansı məlumatımız yoxdur.

Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov raketin istifadəsi barədə prezidentə məruzə olunub-olunmaması barədə sualı cavablandırarkən deyib.

O, V.Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı ikitərəfli münasibətlərin müzakirə olunacağını bildirib:

"Rusiya prezidenti Ermənistan baş naziri ilə görüşü zamanı inteqrasiya məsələlərini, eləcə də Qarabağla bağlı üçtətərəfli bəyanatların icrasını müzakirə edə bilər. Raketlə bağlı heç nə deyə bilmərəm, bu barədə məlumatım yoxdur".

Çox oxunanlar

25 dərəcə isti olacaq
31 | 09:16 • 15 Aprel 2021