Xəzər Xəbər

Türkiyədə döyüş təyyarəsi qəzaya uğrayıb

Dünya | 16:09 • 7 Aprel 2021
Türkiyədə döyüş təyyarəsi qəzaya uğrayıb

Türkiyədə “NF-5” qırıcısı təyyarə qəzaya uğrayıb.

Xezerxeber.az-ın yerli mediaya istinadən məlumatına görə, hadisə Konya əyalətinin Karatay rayonunda təlim uçuşu edərkən baş verib.

 “Türk ulduzları”na məxsus “NF-5” təyyarəsi təlim zamanı qəzaya uğrayıb. Qırıcının pilotu şəhid olub.

Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb edilib.

Xəbər lenti