Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

ABŞ Müdafiə nazirinin növbəti xarici səfəri İsrailə olacaq

Dünya | 66 | 16:02 • 7 Aprel 2021
ABŞ Müdafiə nazirinin növbəti xarici səfəri İsrailə olacaq

ABŞ Müdafiə naziri Lloyd Oustinin gələn həftə İsrailə səfər etməsi və burada həmkarı, eləcə də digər yüksək səviyyəli rəsmilərlə görüş keçirməsi nəzərdə tutulub.

XəzərXəbər ordu.az-a istinadən xəbər verir ki, bu barədə "Axios" agentliyi İsraildəki mənbələrə istinadən məlumat yayıb.

Görüş zamanı İran, Suriya və Livanla əlaqəli məsələlərin müzakirə ediləcəyi gözlənilir.Oustinin gözlənilən səfəri zamanı İsrailin Baş naziri Binyamin Netanyahu və İsrail Müdafiə naziri Benni Qantz ilə görüşü planlaşdırılıb.

Məlumatda bildirilir ki, Pentaqon Oustinin gözlənilən səfəri ilə bağlı şərh verməkdən imtina edib.

Çox oxunanlar

25 dərəcə isti olacaq
26 | 09:16 • 15 Aprel 2021