Xəzər Xəbər

Fahrettin Koca “Sinovac”ın təsirindən danışdı

Dünya | 23:43 • 11 Mart 2021
Fahrettin Koca “Sinovac”ın təsirindən danışdı

"Bir il oldu. Koronavirus son yüz ildə bütün dünyanın eyni anda mübarizə apardığı, itki sayı bu qədər yüksək olan ilk pandemiyadır".

XəzərXəbər "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu pandemiyanın bir ili ilə bağlı danışarkən Türkiyənin səhiyyə naziri Fahrettin Koca dilə gətirib.

Nazirin sözlərinə görə, dünyada hazırda istifadədə olan yeddi koronavirus vaksini var:

"Türkiyə böyük bir yarışın olduğu vaksin tədarükündə ən çevik davranan ölkələrdən biridir. Çindəki istehsalçı ilə 50 milyon doz peyvənd müqaviləsi imzaladıq.

130 milyon doz vaksin üçün üç ayrı istehsalçı ilə danışıqlardayıq. Bu gün vaksinasiya sayı 10 milyondan çoxdur. Çox yaxın zamanda beş vaksinimizin insan üzərində sınaqları başlayacaq. "Sinovac" peyvəndinin hər yüz nəfərdən 80-dən çoxunda təsirli olduğu təsdiqini tapıb".

Xəbər lenti