Xəzər Xəbər

Tailand peyvənd olunmuş əcnəbilərlə bağlı yeni qərar verdi

Yeni qayda bu ilin aprelindən qüvvəyə minəcək.
Dünya | 17:38 • 8 Mart 2021
Tailand peyvənd olunmuş əcnəbilərlə bağlı yeni qərar verdi

Tailand hökuməti koronavirus əleyhinə peyvənd vurulmuş əcnəbi vətəndaşlar üçün məcburi karantin müddətini 14 gündən 7 günə salır.

Yeni qayda bu ilin aprelindən qüvvəyə minəcək.

Səhiyyə Nazirliyinin məlumatına görə, ölkəyə gəlməmişdən azı 14 gün əvvələ aid olan və üç aydan çox olmayan dövrü əhatə edən peyvəndləmə sertifikatı sahibləri bir həftə icbari karantində qalacaqlar.

Tailandda ilk koronavirusa yoluxma halı 2020-ci il yanvarın 13-də aşkar edilib. Bu günə qədər krallıqda yoluxmuş insanların ümumi sayı 26,4 mini keçib, 25,7 mindən çox insan sağalıb, 85 pasiyent ölüb. Ölkədə martın 31-dək pandemiya ilə əlaqədar fövqəladə vəziyyət rejimi qüvvədədir./report

Xəbər lenti