Xəzər Xəbər

Avropanın bu ölkəsində “qırmızı təhlükə kodu” elan olundu

Buxarestdə restoranlar, kafelər, barlar müştərilərə yalnız açıq havada xidmət göstərə bilər.
Dünya | 15:56 • 8 Mart 2021
Avropanın bu ölkəsində “qırmızı təhlükə kodu” elan olundu

Rumıniyanın Buxarest, Timiş, Braşov, İlfov və Kluj şəhərlərində koronavirus təhlükəsi ilə əlaqədar qırmızı kod elan olunub.

XəzərXəbər AZƏRTAC-ə istinadən xəbər verir ki, Buxarestdə restoranlar, kafelər, barlar müştərilərə yalnız açıq havada xidmət göstərə bilər. Teatrlar, kinoteatrlar, gecə klubları isə bağlanılıb. Şagirdlər yenidən onlayn təhsilə keçiblər.

Qeyd edək ki, indiyədək Rumıniyada 825 min nəfər koronavirusa yoluxub.

Xəbər lenti