Xəzər Xəbər

İstanbul Fond Birjasının rəhbəri istefa verdi

Bu barədə türk mətbuatı xəbər verir.
Dünya | 14:50 • 8 Mart 2021
İstanbul Fond Birjasının rəhbəri istefa verdi

2019-cu ilin oktyabr ayından Türkiyənin İstanbul Fond Birjasının (“Borsa İstanbul”) baş direktoru Hakan Atilla istefa verib.

Bu barədə türk mətbuatı xəbər verir.

Məlumata görə, onun istefası qəbul edilib.

Xatırladaq ki, “Borsa İstanbul” qonşu ölkənin əsas fond birjasıdır. Qurum “Bakı Fond Birjası” QSC-nin səhmlərinin 4,76%-nə nəzarət edir.

Xəbər lenti