Xəzər Xəbər

Koronavirus daha bir ciddi təhlükə yaratdı

Koronavirus məhdudiyyətləri doğum saylarının azalmasına səbəb olub.
Dünya | 14:43 • 8 Mart 2021
Koronavirus daha bir ciddi təhlükə yaratdı

İspaniyanın "El Pais" nəşri Avropa ölkələrini pandemiya və məcburi təcridlərin səbəb olacaqları yeni təhlükə barədə xəbərdar edib.

Təqdim olunan statistikaya görə, koronavirus məhdudiyyətləri doğum saylarının azalmasına səbəb olub.

Bu göstərici İspaniyada dekabr və yanvar aylarında keçən ilin eyni dövrünə nisbətən 22,6 faiz azalıb. "El Pais" analoji vəziyyətin qonşu Avropa ölkələrində də qeydə alındığını bildirir. Belə ki, məsələn İtaliyada eyni müddətdə azalma nisbəti 21,6, Fransada isə 13 faiz təşkil edib./publika.az

Xəbər lenti