Bakı 14 ℃
Xəzər Xəbər
USD 1.7

Milyarder iş adamı qəzada ölüb

Dünya | 176 | 09:22 • 8 Mart 2021
Milyarder iş adamı qəzada ölüb

Fransız millət vəkili və iş adamı Olive Dasso bazar günü Normandiyada helikopter qəzasında ölüb.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron “Twitter” səhifəsində yazıb. 

"Olive Dasso bir iş adamı və millət vəkili olaraq vətəninə xidmət etdi. Ölümü böyük bir itkidir”,- deyə Makron vurğulayıb.

Qeyd edək ki, 69 yaşlı siyasətçi parlamentin aşağı palatasında sağçı Respublikaçıları təmsil edirdi. Onun sərvəti 5 milyard avrodur.

Helikopterin pilotunun da öldüyü bildirilib. 

Çox oxunanlar

Sabah 25 dərəcə isti olacaq
42 | 11:57 • 11 Aprel 2021