Xəzər Xəbər

Səmərqənddə Türkiyənin baş konsulluğu açılıb

Dünya | 18:15 • 7 Mart 2021
Səmərqənddə Türkiyənin baş konsulluğu açılıb

Özbəkistanın Səmərqənd şəhərində Türkiyənin baş konsulluğunun açılışı olub.

Xezerxeber.az xəbər verir ki, açılış mərasimində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Özbəkistan Baş nazirinin müavini, Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin sədri Aziz Abduxakimov və digər şəxslər iştirak edib. 

Mövlud Çavuşoğlu deyib ki, Özbəkistan müstəqillik əldə edən zaman bu ölkəni ilk tanıyan və ilk səfirlik açan Türkiyə olub: "Baş konsulluq burada yaşayan vətəndaşlarımıza və özbək qardaşlarımıza xidmət edəcək, ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə təkan olacaq”.

Xəbər lenti