Xəzər Xəbər

Türkiyədə terror törətməyi planlaşdıran dəstə üzvləri tutulub

Dünya | 16:42 • 7 Mart 2021
Türkiyədə terror törətməyi planlaşdıran dəstə üzvləri tutulub

Suriya ərazisindən qaçaq yolla Türkiyə tərəfinə keçən bir qrup şəxs Şanlıurfa şəhərinin Akçakale rayonunda saxlanılıb.

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan dəstədə 8 nəfər olub. Axtarış zamanı onlardan birinin çantasında 4 kiloqram partlayıcı maddə aşkarlanıb. Həmin şəxsin PKK/YPG terror təşkilatlarına üzv olduğu və xüsusi terror tapşırığı ilə Türkiyə ərazisinə keçdiyi təsdiqlənib.

Saxlanılan digər yeddi nəfərin şəxsiyyəti araşdırılır.

Xəbər lenti