Xəzər Xəbər

Ermənistan prezidenti müxalifət nümayəndələri ilə görüşmək istəyir

Dünya | 12:28 • 7 Mart 2021
Ermənistan prezidenti müxalifət nümayəndələri ilə görüşmək istəyir

Ermənistan prezidenti Armen Sarkisyan martın 7-də müxalifət nümayəndələri ilə görüşmək istəyir.

“RİA Novosti” xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyanın istefasını tələb edən siyasi qüvvələri birləşdirən müxalif “Vətənin xilası hərəkatı”nın nümayəndəsi İşxan Saqatelyan deyib.

Onun sözlərinə görə, əvvəlki görüş zamanı müxalifət öz mövqeyini bildirib və Baş Qərargah rəisinin istefası ilə bağlı məsələnin Konstitusiya Məhkəməsinə göndəriləcəyinə dair zəmanət alıb.

“Bizə yekun cavab verilməyib, ancaq bazar ertəsinədək vaxt var. Prezident Konstitusiya Məhkəməsinə müraciət etməyə məcburdur, əks halda, ölkədə hazırkı vəziyyətə və baş verəcəklərə görə şəxsən məsuliyyət daşıyacaq”, - deyə İşxan Saqatelyan qeyd edib.

O, həmçinin, Baş Qərargah rəisini öz vəzifəsini tərk etməməyə çağırıb.

Xəbər lenti