Xəzər Xəbər

Əfqanıstanda “Taliban” silahlıları təhlükəsizlik qüvvələrinə hücum edib, ölənlər var

Dünya | 12:15 • 7 Mart 2021
Əfqanıstanda “Taliban” silahlıları təhlükəsizlik qüvvələrinə hücum edib, ölənlər var

Əfqanıstanın Balx vilayətində “Taliban” silahlılarının hücumu nəticəsində ölkənin təhlükəsizlik qüvvələrinin ən azı 8 əməkdaşı həlak olub.

Bu barədə "1TV" telekanalı polisə istinadən xəbər verib.

Məlumata görə, hadisə nəticəsində 12 silahlı ölüb, daha dörd nəfər yaralanıb.

Xəbər lenti