Bakı 14 ℃
Xəzər Xəbər
USD 1.7

BMT Baş katibi Moqadişoda törədilmiş terror aktını pisləyib

Dünya | 206 | 09:44 • 7 Mart 2021
BMT Baş katibi Moqadişoda törədilmiş terror aktını pisləyib

BMT Baş katibi Antonio Quterreş martın 5-də Somalinin paytaxtı Moqadişoda mülki vətəndaşlara qarşı edilən hücumu pisləyib.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik öz açıqlamasında bildirib.

“Baş katib Moqadişoda baş verən terror hücumunu qəti şəkildə pisləyir”, - açıqlamada belə deyilir.

Baş katib, həmçinin ölənlərin ailələrinə başsağlığı verib və BMT-nin bu cür cinayətlərlə mübarizədə Somali hökuməti və xalqı ilə həmrəy olduğunu bildirib.

Qeyd edək Mogadişoda, şəhər həbsxanasının yaxınlığında restoranların birinin qarşısında avtomobil partladılıb. Yerli səhiyyə işçilərinin verdiyi məlumata görə, partlayış nəticəsində azı 20 nəfər ölüb, 30 nəfər isə yaralanıb.

Çox oxunanlar

Sabah 25 dərəcə isti olacaq
41 | 11:57 • 11 Aprel 2021