Xəzər Xəbər

PKK üçün nəzərdə tutulan 2 milyon dollar ələ keçirilib, 3 nəfər saxlanılıb

Dünya | 09:24 • 7 Mart 2021
PKK üçün nəzərdə tutulan 2 milyon dollar ələ keçirilib, 3 nəfər saxlanılıb

Türkiyənin təhlükəsizlik qüvvələri Suriyanın cənubunda PKK terror təşkilatına qarşı xüsusi antiterror əməliyyatı keçirib.

Xezerxeber.az xəbər verir ki, əldə edilən kəşfiyyat məlumatları əsasında PKK üçün toplanmış təxminən 2 milyon ABŞ dolları məbləğində vəsait terror təşkilatının mənsublarına verilərkən ələ keçirilib. Çobanbəy bölgəsində sözügedən vəsaiti verən və alanlar daxil olmaqla üç nəfər saxlanılıb.

Hazırda pulun necə, hansı yollarla əldə olunmasına dair məlumat yoxdur.

Xəbər lenti