Xəzər Xəbər

"Twitter"in qurucusunun ilk paylaşımı hərraca çıxarılıb - fantastik məbləğ təklif edənlər var

Dünya | 09:16 • 7 Mart 2021
"Twitter"in qurucusunun ilk paylaşımı hərraca çıxarılıb - fantastik məbləğ təklif edənlər var

"Twitter"in qurucusu Cek Dorsinin bu sosial şəbəkədə ilk paylaşımı "Valuables" onlayn-hərracına yerləşdirilib.

TASS-ın məlumatına görə, onlayn-hərracda C.Dorsinin ilk paylaşımının qiyməti 2 milyon dollara çatıb.

İlk tviti almaq hüququ uğrunda əsas mübarizə "Bridge Oracle" şirkətinin baş direktoru Hakan Estavi ilə Çinli sahibkar, "Tron" kriptovalyutasının banisi Castin San arasında yaşanıb. C.San bu gün səhər saatlarında 2 milyon dollar təklif irəli sürüb.

Xəbər lenti