Xəzər Xəbər

Nəcəf şəhərində tarixi görüş: Papa Fransisk ayətullah Sistani ilə bir arada

Dini liderlər dinlərarası dialoq və tolerantlıq məsələlərini müzakirə ediblər.
Dünya | 17:22 • 6 Mart 2021
Nəcəf şəhərində tarixi görüş: Papa Fransisk ayətullah Sistani ilə bir arada

İraqda səfərdə olan Roma Papası Fransisk Nəcəf şəhərində bu ölkədəki şiələrin lideri Əli əl-Sistani ilə görüşüb.

"Əl Ərəbiyə" telekanalı xəbər verir ki, dini liderlər dinlərarası dialoq və tolerantlıq məsələlərini müzakirə ediblər.

"Reuters" agentliyinin xəbərində isə qeyd edilir ki, bundan əvvəl müsəlman ölkələrindən Azərbaycan, Türkiyə, İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Fələstinə səfər etdiyini diqqətə çatdıran Papa Fransisk dinlər arasında dialoqun əhəmiyyətini vurğulayıb.

Ərəb mətbuatı qeyd edir ki, adətən heç bir görüş keçirməyən 90 yaşlı Əli əl-Sistani özünün İmam Əli ziyarətgahının yaxınlığında yerləşən evində Roma Papası ilə görüşə heç bir hökumət nümayəndəsinin iştirakı olmamaq şərti ilə razılıq verib.

Görüşdən sonra dini liderlər müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs olan İbrahim Peyğəmbərin dünyaya gəldiyi qədim Babilistanın Ur şəhərinin xarabalıqlarını ziyarət ediblər./azərtac

Xəbər lenti