Xəzər Xəbər

Məhşur nəşrdən İDDİA - Bu ölkədə hər il yüzlərlə azyaşlı zorla evləndirilir

Bu barədə məşhur ''Independent''nəşri yazıb.
Dünya | 14:02 • 6 Mart 2021
Məhşur nəşrdən İDDİA - Bu ölkədə hər il yüzlərlə azyaşlı zorla evləndirilir

İngiltərədə hər il yüzlərlə kiçik qız məcburən evləndirilir.

Bu barədə məşhur ''Independent''nəşri yazıb.

Nəşr iddia edir ki, İngiltərə Milli Statistika İdarəsinin məlumatına görə, 2017-ci ildə 183 nəfər valideyn razılığı ilə ailə qurub ki, bunlardan 140 nəfəri kiçik qızlardır.

2006-2016-cı illərdə İngiltərə və Uelsdə, əksəriyyəti azyaşlı qızlar olmaqla, uşaqlarla təxminən 3.3 min nikah bağlanmışdı.Bu problem üzərində işləyən xeyriyyə təşkilatlarına görə, İngiltərə qanunları onlara lazımi qoruma vermədiyi üçün uşaqlar evlənir. İnkişaf etməkdə olan ölkələrdə bu bir problem kimi görülsə də, kiçik qızlar bütün Britaniyada ərə verilir.

Tez-tez bu, dini nikah adı altında baş verir - bunlar, öz növbəsində, hər yaşda olan insanlar üçün qanunla icazə verilir. Dini nikahlar Britaniyada qeydiyyata alınmadığından, onların dəqiq sayını izləmək çətindir.

Bundan əlavə, qanun 16-17 yaşlı qızların "valideynlərinin icazəsi ilə" evlənməsinə icazə verir. Eyni zamanda, insan hüquqları fəalları, valideynlərin tez-tez övladlarından imtina etdiyini iddia edirlər./Metbuat.az

Xəbər lenti