Xəzər Xəbər

Rusiyada yanacaq dolu yük qatarı relsdən çıxdı - SİSTERNLƏR AŞDI

Rusiyanın Xabarovsk vilayətində yanacaqla dolu yük qatarının 18 sisterni relsdən çıxıb.
Dünya | 09:56 • 6 Mart 2021
Rusiyada yanacaq dolu yük qatarı relsdən çıxdı - SİSTERNLƏR AŞDI

Rusiyanın Xabarovsk vilayətində yanacaqla dolu yük qatarının 18 sisterni relsdən çıxıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Xabarovsk vilayətinin Uzaq Şərq - Forel dəmir yolunda yanacaq daşıyan 18 sistern relsdən çıxıb. Sisternlərdən 10-u aşıb. Qəza səbəbindən üç sərnişin qatarının hərəkət qrafikində gecikmə baş verib. Yük qatarında cəmi 49 sistern olub. Qəza nəticəsində heç kim xəsarət almayıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, qəzanın səbəbləri barədə məlumat verilmir./publika.az

Xəbər lenti