Xəzər Xəbər

Misirdə dəhşətli hadisə: Onlarla insan öldü

Misirdə ağır yol qəzası baş verib.
Dünya | 09:38 • 6 Mart 2021
Misirdə dəhşətli hadisə: Onlarla insan öldü

Misirdə ağır yol qəzası baş verib.

Ölkənin şərqindəki Qəza Qiza və Beni-Sueyf əyalətləri arasında yolda, tunelin girişində avtobusla yük maşını toqquşub. Bundan sonra hər iki nəqliyyat vasitəsi yoldan çıxıb, bu halda yük maşını çevrilib.

İlkin məlumata görə, olay yerində 18 nəfər ölüb. Həmçinin 5 nəfər müxtəlif xəsarətlər alıb, yaralılar xəstəxanaya yerləşdirilib.

Yol-nəqliyyat hadisəsinin başvermə səbəbi müəyyənləşdirilir./Publika.az 

Xəbər lenti