Bakı 14 ℃
Xəzər Xəbər
USD 1.7

Elektrik enerjisi pulsuz olan binalar tikilir Finlandiyada

Dünya | 183 | 16:25 • 5 Mart 2021
Elektrik enerjisi pulsuz olan binalar tikilir

Finlandiyada sakinlər üçün elektrik enerjisi havayı olan binaların tikintisinə başlanılıb. Bu cür evlərdə külək və günəş enerjisindən maksimal istifadə edən xüsusi avadanlıq quraşdırılıb ki, nəticədə elektrik və istilik sakinlərə pulsuz başa gəlir.

Xezerxeber.az xarici saytlara istinadla xəbər verir ki, konseptual layihə rentabelli olduğundan Finlandiyada enerjidən asılılığı olmayan binaların inşasına maraq artmaqdadır. İlk belə ev Helsinkinin Aalto Universitetinin Arxitektura fakültəsinin tələbələri tərəfindən layihələndirilib.

Arxitektorların qarşısında duran əsas məsələlərdən biri də soyuq şimal şəraitində istilik itkisinin minimuma endirilməsi olduğundan, layihə zamanı əsas diqqət binanın xarici fasadına yönəldilib. Bu məqsədlə yüksək sıxlığa malik istilik izolyasiya edən elementlərdən istifadə olunub.

Çox oxunanlar