"Röyters" xəbər verir ki, Yeni Zelandiyanın şimal-şərqində cümə günü bir neçə dənizaltı zəlzələ olub.
Ölkənin Şimal adasındakı sunami ciddi ziyan vurmadan keçib. Səlahiyyətli şəxslər zəlzələdən sonra dalğaların hündürlüyünün 3 metrə çata biləcəyi barədə xəbərdarlıq edib.
8,1 ballıq güclü zəlzələdən sonra yerli vaxtla günorta saatlarında 7,2 bal, daha sonra isə 7,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Sakinlər sahil şəhərlərindən yüksək hündürlüklərə təxliyə olunub./publika.az