Bakı 12 ℃
Xəzər Xəbər
USD 1.7

ÜST Uhandakı araşdırmalarla bağlı məruzəni açıqlamır MÜƏMMA

Dünya | 157 | 09:53 • 5 Mart 2021
ÜST Uhandakı araşdırmalarla bağlı məruzəni açıqlamır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyinin səbəblərinin araşdırılması üçün Çin Xalq Respublikasının Uhan şəhərinə səfərin nəticəsinə görə beynəlxalq ekspertlər missiyasının ilkin məruzəsini dərc etməyəcək.

Bu barədə “The Wall Street Journal” bildirib.

Missiyanın 26 eksperti bildirib ki, məruzə etibarsız elan edilməlidir, çünki çıxarılan nəticələr kifayət qədər deyil.

ÜST-ün mütəxəssislərin məktubuna əsasən missiya COVID-19-un mənşəyini araşdırmaq üçün tam giriş əldə etməyib

Qəzetin məlumatına görə, ekspertlər tam şəffaflığın təminatı olan yeni araşdırmanın keçirilməsinə çağırıblar.

Qeyd edə ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib./Publika.az

Çox oxunanlar