Bakı 11 ℃
Xəzər Xəbər
USD 1.7

Bu, Rusiyanı daha da təhlükəli edir - ABŞ

Dünya | 156 | 09:47 • 5 Mart 2021
Bu, Rusiyanı daha da təhlükəli edir - ABŞ

ABŞ-Rusiya münasibətləri Soyuq müharibənin bitməsindən bəri ən aşağı səviyyədədir və ehtimal ki, daha da pisləşəcək.

XəzərXəbər Axar.az-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin siyasi məsələlər üzrə məsləhətçisi vəzifəsinə namizəd Kolin Kol deyib.

"Rusiya davranışlarını Vaşinqtonun fikirlərinə uyğun olaraq dəyişdirməsə, bu münasibətlər pisləşməyə davam edəcək. Moskvanın beynəlxalq aləmdə qəbul edilən normalara qayıtması iki ölkə arasındakı münasibətlərin davamlı inkişafı üçün şərtdir", - Kol söyləyib.

O qeyd edib ki, Rusiya iqtisadi sahə daxil olmaqla, bir çox mövqeyini itirib:

"Rusiya öz enerji qaynaqlarına çox güvənir. İqtisadiyyatının, demoqrafik göstəricilərinin bir çoxu Moskvanın əlində deyil. Bu isə Rusiyanı daha təhlükəli edir".

Çox oxunanlar