Xəzər Xəbər

Rusiyada koronavirusun "Nigeriya ştammı" aşkarlandı

Rusiya Federasiyasında COVID-19-un "Nigeriya ştammı" aşkarlanmayıb, vəziyyət nəzarət altındadır. 
Dünya | 11:24 • 4 Mart 2021
Rusiyada koronavirusun "Nigeriya ştammı" aşkarlandı

Rusiya Federasiyasında COVID-19-un "Nigeriya ştammı" aşkarlanmayıb, vəziyyət nəzarət altındadır. 

XəzərXəbər APA-ya istinadən bildirir ki, bu barədə "Rospotrebnadzor"un məlumatında əks olunub.

Bildirilib ki, ölkə ərazisində SARS-CoV-2 ştammlarının molekulyar genetik monitorinqi aparılıb, heç bir fakta rast gəlinməyib. 

Qeyd edək ki, koronavirusun "Nigeriya ştammı" ilk dəfə 2020-ci ilin dekabrında Nigeriya və İngiltərədə aşkar edilib. O vaxtdan bəri Avstraliya, Belçika, Gana, Danimarka, İordaniya, İspaniya, İtaliya, Kanada, Hollandiya, Sinqapur, ABŞ, Finlandiya, Fransa, İsveçrə və Yaponiyada sözügedən virusa yoluxma qeydə alınıb.

Xəbər lenti