Xəzər Xəbər

Kanada əmək miqrantları üçün ən cəlbedici ölkədir

Dünyada əmək miqrantlarının təxminən dörddə biri işləmək üçün Kanadaya köçməyə üstünlük verir.
Dünya | 11:18 • 4 Mart 2021
Kanada əmək miqrantları üçün ən cəlbedici ölkədir

Dünyada əmək miqrantlarının təxminən dörddə biri işləmək üçün Kanadaya köçməyə üstünlük verir.

Bu barədə "BCG" və "The Network"un "Qlobal istedad bazarının - fiziki və virtual - təhlili" tədqiqatında deyilir.

Məlumata əsasən, sorğuda iştirak edənlər arasında işləmək üçün ABŞ, Avstraliya və Almaniyanı da seçənlər olub. Respondentlərin 24 faizi Kanadanı seçib: "Kanada əmək miqrantları üçün ABŞ-ı geridə qoyaraq ən cəlbedici ölkə oldu".

Qeyd edilir ki, 2014 və 2018- ci illərdə keçirilən analoji tədqiqatlarda Kanada üçüncü, ABŞ isə ənənəvi olaraq birinci yeri yeri tuturdu. 2020-ci ildə keçirilən sorğuda ABŞ və Avstraliyanı 20 faiz , Almaniyanı 19 faiz, Böyük Britaniyanı və Yaponiyanı isə 14 faiz respondent seçmişdi./trend

Xəbər lenti