Bakı 12 ℃
Xəzər Xəbər
USD 1.7

Almaniyada karantinin müddəti artırıldı

Karantin rejiminin müddəti martın 28-nə kimi uzadılıb.
Dünya | 96 | 10:30 • 4 Mart 2021
Almaniyada karantinin müddəti artırıldı

Almaniyada yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən karantin rejiminin müddəti martın 28-nə kimi uzadılıb.

Bununla belə federal torpaqların rəhbərləri yumşalmalara getməklə bağlı qərar vermək hüququnu özündə saxlayırlar.

Almaniyan kansleri Angela Merkel Berlində keçirdiyi mətbuat konfransında qərara münasibət bildirib:

“Biz lokdaunun aradan qaldırılması üçün addımlar atmalıyıq. Amma bizi geri salmasın deyə bu addımları diqqətlə izləmələyik. 2021-ci ilin yazı ötən ilin yazına nisbətən başqa olacaq”.

Qeyd olunub ki, ilk addım olaraq 8 martdan etibarən kitab və çiçək mağazaları, bağçılıq bazarları, gözəllik salonları və sürücülük məktəblərinin açılması planlaşdırılır.

Martın 22-dən etibarən restoranların, kinoteatrların və pərakəndə satış mağazalarının qismən açılması istisna deyil. Bu, yalnız ciddi gigiyena qaydalarına riayət edildiyi təqdirdə mümkün olacaq./report

Çox oxunanlar