Bakı 17 ℃
Xəzər Xəbər
USD 1.7

Bill Qeyts ən yaxşı mobil əməliyyat sistemini açıqlayıb

Dünya | 123 | 15:51 • 3 Mart 2021
Bill Qeyts ən yaxşı mobil əməliyyat sistemini açıqlayıb

“Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts ən yaxşı mobil əməliyyat sistemini açıqlayıb.

Xarici saytlar xəbər verir ki, milyarder jurnalist Endryu Ross Sorokinin dəvəti ilə “Clubhouse” mobil proqramının canlı efirində iştirak edib. Yeni “Clubhouse” mobil proqramını müzakirə edən iştirakçılar hazırda ondan yalnız “iPhone” smartfonlarında istifadənin mümkün olmasını qeyd ediblər. B.Qeyts “Apple” smartfonlarından daim istifadə edib-etməməsi ilə bağlı suala mənfi cavab verib.

B.Qeyts, həmçinin “iOS” və “Android” əməliyyat sistemlərinin müqayisəsini apararaq “Android” sisteminin idarəetməsi ilə işləyən qurğulara üstünlük verməsini qeyd edib. “Bir sıra “Android” smartfon istehsalçıları əvvəlcədən “Microsoft” proqram təminatını quraşdırır və bu mənim həyatımı asanlaşdırır”, – deyə korporasiyasının təsisçisi vurğulayıb. Sahibkar, həmçinin bəyan edib ki, “Microsoft” mobil əlavələri “Google” şirkətinə məxsus əməliyyat sistemi ilə daha yaxşı uyğunluq təşkil edir. O, artıq “Android” smartfonlarına öyrəşdiyini əlavə edib.

Daha sonra E.Sorokin və B.Qeyts arasında dialoqa “Clubhouse”nin təsisçisi Pol Devisson qoşulub. O, gələcəkdə “Android” üçün nəzərdə tutulan mobil əlavənin buraxılacağını deyib.

Bundan başqa, “Clubhouse” sessiyası çərçivəsində B.Qeyts sərmayədarları bitkoin alışından çəkinməyə çağırıb. O bildirib ki, rəqəmli valyutanın dəyişkənliyi yüksəkdir, bu səbəbdən onu alarkən çoxlu vəsait itkisi riski mövcuddur.

Çox oxunanlar

Bir həftə iş olmayacaq
308 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,044 | 11:28 • 24 Mart 2021