Xəzər Xəbər

İtaliyada koronavirusun Nigeriya növü aşkarlandı

Breşia şəhərində COVID-19 virusunun Nigeriya ştamı aşkarlanıb.
Dünya | 13:48 • 3 Mart 2021
İtaliyada koronavirusun Nigeriya növü aşkarlandı

İtaliyanın şimal-qərbindəki Lombardiya regionunun Breşia şəhərində COVID-19 virusunun Nigeriya ştamı aşkarlanıb.

ANSA xəbər verir ki, İtaliya Virusologiya Cəmiyyətinin prezidenti, mikrobiologiya laboratoriyasının rəhbəri Arnaldo Karuso həmin ştama xas olan mutasiyalara qarşı mövcud dərmanların səmərəli olub-olmayacağının birmənalı olmadığını qeyd edib.

Xatırladaq ki, həmin ştam Nigeriyanın Osun ştatında dekabr ayının sonunda üzə çıxmışdı./report

Xəbər lenti