Xəzər Xəbər

Bu ölkədə karantin qaydaları dəyişir

Avropalılar “yaşıl pasport” ilə köhnə qitədə rahat səyahət edə biləcək.
Dünya | 12:37 • 3 Mart 2021
Bu ölkədə karantin qaydaları dəyişir

Avstriyanın irəli sürdüyü “yaşıl pasport” təşəbbüsü bir neçə Avropa ölkəsi tərəfindən müsbət qarşılanıb.

XəzərXəbər xəbər verir ki, bu sənəd peyvənd olunan və koronavirusdan sağalan şəxslərə veriləcək. Avropalılar “yaşıl pasport” ilə köhnə qitədə rahat səyahət edə biləcək. Həmçinin onlar bəzi məhdudiyyətlərdən azad ediləcək. Məlumata görə, məsələ Avropa Birliyi liderlərinin toplantısında da gündəmə gətiriləcək.

Qeyd edək ki, İsraildə “yaşıl pasport” sistemindən artıq istifadə edilir. Yaxın günlərdə daha bir neçə ölkənin oxşar sistemə keçəcəyi gözlənilir. //Metbuat.az

Xəbər lenti