Bakı 17 ℃
Xəzər Xəbər
USD 1.7

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

Ermənistanda son sutkada daha 360 nəfər COVID-19-a yoluxub.
Dünya | 71 | 11:51 • 3 Mart 2021
Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

Ermənistanda son sutkada daha 360 nəfər COVID-19-a yoluxub.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 172 816-ya çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 202-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 819 nəfərdir. İndiyədək 163 906 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 889 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, ötən gün Ermənistan Səhiyyə Nazirliyi 240 nəfərdə COVID-19-un aşkarlandığını açıqlamışdı./report

Çox oxunanlar

Bir həftə iş olmayacaq
308 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,044 | 11:28 • 24 Mart 2021