Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

İlon Mask yeni şəhər yaradır

Sahibkar bu barədə özünün tvitterdəki səhifəsində yazıb.
Dünya | 84 | 10:34 • 3 Mart 2021
İlon Mask yeni şəhər yaradır

Amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin banisi İlon Mask bildirib ki, Texas ştatında yeni şəhər yaradır.

Sahibkar bu barədə özünün tvitterdəki səhifəsində yazıb.

"Starbeyz (“Starbase”) şəhərini yaradıram, Texas", - Mask tvitterdə yazıb.

Sahibkar qeyd edib ki, onun şəhərinin ərazisi “SpaceX” kosmodromunun yerləşdiyi Boka-Çika kəndinin sahəsindən böyük olacaq. Bundan başqa, Maskın sözlərinə görə, yeni şəhərdə itlərə çox yaxşı münasibət bəsləyəcəklər. Şəhərin rəhbəri "doq" titulunu (italyanca "doge", ingilis "dog" - it) daşıyacaq.

Mask ötən ilin sonunda bildirib ki, Kaliforniyadan Texasa köçüb.

Maraqlıdır ki, dünyanın ən zəngin insanlarından biri olan Mask daha əvvəl Mars planetində məskunlaşmaq üçün bütün əmlakını satmağa qərar verdiyini bildirib. Sahibkar qeyd edib ki, başqa planetdə şəhərin tikintisi əhəmiyyətli yatırımlar tələb edəcək. Bu onu əmlakını satmağa məcbur edən səbəblərdən biridir. Digər səbəb isə söhbət Marsdan getdikdə onun nə qədər qətiyyətli olduğunu nümayiş etdirmək istəyidir./report

Çox oxunanlar

Bu gün hava necə olacaq?
87 | 09:06 • 20 Aprel 2021
Bir həftə iş olmayacaq
304 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,043 | 11:28 • 24 Mart 2021