Xəzər Xəbər

Ermənistan prezidenti Konstitusiya Məhkəməsinə müraciət edib

Dünya | 16:21 • 2 Mart 2021
Ermənistan prezidenti Konstitusiya Məhkəməsinə müraciət edib

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması barədə vəsatətini imzalamayıb.

"Sputnik Armenia"nın yaydığı xəbərə görə, bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Prezident 2018-ci ildə "Hərbi xidmət və hərbçilərin statusu haqqında" qanuna edilən dəyişikliklərin Konstitusiyaya uyğunluğunun nəzərdən keçirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Prezident Sarkisyanın Konstitusiya Məhkəməsinə müraciəti Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi ilə bağlı deyil, Konstitusiya Məhkəməsi vəsatətə və Paşinyanın bu vəsatəti göndərməsini mümkün edən qanunvericilik dəyişikliklərinə baxacaq.

Düzəliş uyğun sayılarsa, qanuna görə, Baş nazirin imzaladığı vəsatət imzalandıqdan üç gün sonra avtomatik olaraq qüvvəyə minəcək.

 

Xəbər lenti