Xəzər Xəbər

Qarabağ müharibəsi ermənilərin psixologiyasını pozub: ruhi-əsəb xəstəxanalarında yer yoxdur

Dünya | 15:38 • 2 Mart 2021
Qarabağ müharibəsi ermənilərin psixologiyasını pozub: ruhi-əsəb xəstəxanalarında yer yoxdur

Azərbaycanın Qarabağ müharibəsində parlaq qələbəsi Ermənistanda həm siyasi böhran, həm də ciddi psixoloji sarsıntı yaradıb. 

Xezerxeber.az erməni mediasına istinadən xəbər verir ki, müharibədən sonra Ermənistanda vətəndaşlar psixoloji travma səbəbilə ruhi-əsəb dispanserlərinə axın edirlər.

Müharibədə məğlubiyyət siyasi böhran və sosial travma yaradıb

Erməni səlahiyyətlilər ruhi-əsəb xəstəxanalarının dolu olduğunu və insanların bu səhiyyə müəssisələrinə axın etdiyini söyləyirlər.

Qeyd edilir ki, Azərbaycan tərəfindən ciddi məğlubiyyətə uğrayan Ermənistanda siyasi böhran sosial travma yaradıb. Vəziyyət o yerə çatıb ki, ölkədə antidepressant dərmanlara tələbat kəskin artıb.

Erməni Psixoanalitik Dərnəyinin direktoru və psixoloqu Artur Tonoyan müharibədən sonrakı sosial travmaya diqqət çəkərək deyib: “Gördüklərimiz ruhi sağlamlıq mütəxəssisləri üçün maraqlı, lakin çox mürəkkəb idi. Çünki müharibə ilə bağlı təcrübəmiz yox idi və dərhal ölüm təhlükəsi ilə üzləşdik".

"Psixologiyamız buna dözmədi”

Tonoyan, Qarabağda müharibə dövründə cəbhədə çalışdığını və Dilicandakı bir reabilitasiya mərkəzində əsgərlərə yardım etdiyini söyləyib: "Bu sahədə təcrübəm var. Əvvəllər həbsxanalarda işləmişəm. Ancaq müharibə travması başqa bir şeydir. Bizə də təsir edəcək qədər çətin bir şeydir. Bilirəm ki, bəzi psixoloqlar cəbhə bölgələrini tərk etməli idilər, çünki onlar üçün çox çətin idi. Psixologiyamız buna dözmədi”.

Müharibədən əvvəl Ermənistandakı ruhi xəstəxanaların funksional olaraq zəif olduğunu dilə gətirən Tonoyan, "Biz yeni bir müharibəyə hazır deyildik. Keçmişdə Ermənistan rəhbərliyi psixoloji yardımın əhəmiyyətini aşağı qiymətləndirirdi. Bu dəfə hökumət kömək istədi".

"Travmanı aradan qaldırmaq 50 il çəkə bilər"

Psixiatr Arsen Mekinian isə deyib ki, insanlar bu travmadan qurtarmaq üçün əlli il çəkə biləcəyini anlamalıdırlar. Həm müharibədə məğlubiyyət yaşayan hərbçilər, həm də mülki şəxslər üçün təcili psixoloji yardıma ehtiyac var. Qarşıda daha uzun mərhələli proseslər var". 

Xəbər lenti