Xəzər Xəbər

Çində təyyarə evlərin üzərinə düşüb: Ölənlər var

Hadisə Szian şəhərində baş verib.
Dünya | 09:57 • 2 Mart 2021
Çində təyyarə evlərin üzərinə düşüb: Ölənlər var

Çinin Szyansi əyalətinin meteoroloji xidmətinə məxsus təyyarə yaşayış evlərinin üzərinə düşüb.

Hadisə Szian şəhərində baş verib. Qəza nəticəsində beş nəfərin öldüyü, bir nəfərin yaralandığı və üç binaya zərər dəydiyi bildirilir.

Ölənlərın hamısı təyyarədə olan xidmət əməkdaşlarıdır. Yaralanan şəxs isə təyyarənun üzərinə düşdüyü binalardan birinin sakinidir. Onun dərhal xəstəxanaya çatdırıldığı və sağlamlıq durumunun qənaətbəxş olduğu qeyd edilir.

Məlumata əsasən qəzaya uğrayan yüngül mühhərrikli “Beechcraft B300 King Air 350” təyyarəsi yağış buludlarını öyrənmək məqsədilə havaya qalxıb.

Hazırda qəzanın səbəbləri aydınlaşdırılır./publika.az

Xəbər lenti