Xəzər Xəbər

Gürcüstan Rusiyadan buğda idxalını azaldır səbəb

Dünya | 15:57 • 1 Mart 2021
Gürcüstan Rusiyadan buğda idxalını azaldır

Gürcüstan martın 1-dən Rusiyadan buğda idxalını azaldır. Gürcüstan buğdaya olan tələbatını Qazaxıstandan alınacaq məhsul hesabına ödəyəcək.

Bu barədə Gürcüstanın Taxıl İdxalçıları Assosiasiyasının rəhbəri Levan Silaqava deyib.

O bildirib ki, Rusiyadan taxıl idxalının azaldılmasının əsas səbəbi qarşı tərəfin gömrük rüsumlarını artırmasıdır.

“Rusiya bu gündən etibarən ixrac olunan buğdanın bir tonu üçün gömrük rüsumunu 50 avroya qədər artırıb. Rusiya buğda bazarında əsas oyunçudur və bu səbəbdən həmin məhsul bütün ölkələr üçün bahalaşıb”, – deyə L.Silaqava vurğulayıb.

Onun sözlərinə görə, hazırkı mərhələdə Gürcüstanın Rusiya buğdasından tam imtinası mümkün deyil.

Xəbər lenti