Xəzər Xəbər

Türkiyədə güclü zəlzələlər olacaq XƏBƏRDARLIQ

Bunu türkiyəli professor Əhməd Övgün Ercan açıqlamasında deyib.
Dünya | 15:12 • 1 Mart 2021
Türkiyədə güclü zəlzələlər olacaq
Türkiyədə 6,4 və 6,7 bal gücündə zəlzələ olacaq.
 
Bunu türkiyəli professor Əhməd Övgün Ercan "Haber Global”a açıqlamasında deyib.
 
O, gözlənilən Mərmərə zəlzələsi barədə açıqlamalar verib:
 
"İki zəlzələ qeydə alınacaq. Biri İstanbulun qarşısında, Kiçikçəkməcənin qarşısında, təxminən 6,4 və 6,7 bal arasında, digəri isə Mərmərə Ereglisinin qarşısında 7-7,2 bal gücündə olacaq”.
 
Professor deyib ki, Türkiyənin keçmişinə baxdıqda ən çox dağıdıcı zəlzələlərin Şimali Anadolu qırılma xəttində meydana gəldiyi məlum olur.

Xəbər lenti