Xəzər Xəbər

Paşinyanın bu açıqlaması Kremldə məmnunluqla qarşılandı

Dünya | 14:58 • 1 Mart 2021
Paşinyanın bu açıqlaması Kremldə məmnunluqla qarşılandı

Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra “İsgəndər” raketlərinin effektivliyi ilə bağlı onun yanlış məlumatlandırılması qənaətinə gəlməsindən məmnundur.

Xezerxeber.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu məsələ ilə bağlı həqiqətin bərpa olunması çox vacibdir”, - deyə D. Peskov vurğulayıb.

Qeyd edək ki, Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyan  N. Paşinyanın Rusiyanın “İsgəndər” operativ-taktiki raketlərinin effektivliyi ilə bağlı yanlış məlumatlandırıldığını və bu məsələnin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı müzakirə olunduğunu bildirib. 

Xəbər lenti