Xəzər Xəbər

Ermənistan vətəndaşı Rusiyada dəhşətli qətl törətdi

Dünya | 14:17 • 1 Mart 2021
Ermənistan vətəndaşı Rusiyada dəhşətli qətl törətdi

Ermənistan vətəndaşı Rusiyada bir ailənin dörd üzvünün qətlə yetirilməsində təqsirli bilinir.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, Nijni Novqorod vilayətinin Kudma qəsəbəsində bir ailənin dörd üzvü – 5 yaşlı uşaq, anası, nənə və babası qətlə yetirilib. Ailənin digər üzvü - 13 yaşlı qız hadisə zamanı idman zalında, ata isə ezamiyyətdə olub. Hadisənin qarət məqsədilə törədildiyi ehtimal edilir.

Qətli törədənlərin ailənin yaşadığı evdə təmir işləri məşğul olan şəxslər, o cümlədən Ermənistan vətəndaşı Armen Atabekyan olduğu müəyyənləşdirilib. Cinayətdə şübhəli bilinən dəstə üzvləri oğurladıqları avtomobillə hadisə yerindən qaçmağa çalışarkən Vladimir vilayətində saxlanılıblar.

Faktla bağlı təhqiqat aparılır.

Xəbər lenti

Çox oxunanlar