Xəzər Xəbər

Paşinyan Qasparyanın işdən çıxarılması təklifini təkrar prezidentə göndərdi

Armen Sarkisyan bununla əlaqədar açıqlama yayıb.
Dünya | 13:53 • 1 Mart 2021
Paşinyan Qasparyanın işdən çıxarılması təklifini təkrar prezidentə göndərdi

Ermənstanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi haqqında təklifini prezident Armen Sarkisyana yenidən göndərib.

Məlumatı “Sputnik Armeniya” yayıb.

Armen Sarkisyan bununla əlaqədar açıqlama yayıb: “Baş nazirin sərəncam layihəsini geri qaytarması yolverilməz spekulyasiya və qeyri-adekvat reaksiyadır”.

Hakim “Mənim addımım” parlament fraksiyasının üzvü Vaan Ovakimyan prezidentə impiçment göstərilməsinin mümkünlüyünü bildirib./report

Xəbər lenti