Bakı 13 ℃
Xəzər Xəbər
USD 1.7

Netanyahu İranı günahlandırdı

Netanyahu İsrail gəmisində partlayışa görə İranı günahlandırıb
Dünya | 118 | 11:06 • 1 Mart 2021
Netanyahu İranı günahlandırdı

İsrailin Baş naziri Benyamin Netanyahu Oman körfəzində ölkəsinə məxsus gəmidə törədilmiş partlayışa görə İranı günahlandırıb.

Bu barədə Baş nazir “Kan” teleradio kompaniyasının efirində bildirib. 

“Bu, həqiqətən də İranın əməlidir. Bu, məlumdur”, - deyə B. Netanyahu qeyd edib. 

O, İranı İsrailin ən böyük düşməni adlandırıb. 

İsrailin bu zərbəyə qarşılıq verəcəyinə dair sualı cavablandıran B. Netanyahu vurğulayıb ki, ölkəsi İranın nüvə potensialını inkişaf etdirməsinin qarşısını almaq əzmindədir.

“Biz İrana bütün regionda zərbə vururuq”, - deyə Baş nazir əlavə edib.

Qeyd edək ki, ötən həftənin cümə günü İsrail kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Oman körfəzində İsrailə məxsus gəmidə partlayış törədilib. Hadisə nəticəsində heç kim xəsarət almayıb. /apa

Çox oxunanlar