Xəzər Xəbər

Türkiyə aviasərnişinlərin məcburi test tələbinin müddətini artırdı

Türkiyə ölkəyə uçan sərnişinlər üçün məcburi koronavirus testindən keçmək tələbini mayın 26-dək uzadıb.
Dünya | 10:23 • 1 Mart 2021
Türkiyə aviasərnişinlərin məcburi test tələbinin müddətini artırdı

Türkiyə ölkəyə uçan sərnişinlər üçün məcburi koronavirus testindən keçmək tələbini mayın 26-dək uzadıb.

Bu barədə “avianews.com” portalı xəbər verir.

Sərnişin Türkiyəyə uçmazdan əvvəl PZR metodu ilə koronavirus testindən keçməlidir. Şəxsin xəstə olmadığını təsdiqləməlidir. Test uçuşdan 72 saatdan çox olmamaqla əvvəl keçirilməlidir.

Altı yaşdan kiçik sərnişinlər üçün test cavabı tələb olunmur. Mənfi nəticəli koronavirus testi olmayanlar təyyarəyə buraxılmayacaq.

Eyni zamanda, Türkiyə hava limanlarından tranzit kimi istifadə edən, başqa sözlə, pasport nəzarətindən keçmədən başqa reysə keçid edən sərnişinlər üçün Türkiyənin icbari qaydası tətbiq olunmayacaq.

Xatırladaq ki, Türkiyə ötən il dekabrın 30-dan etibarən aviasərnişinlərdən koronavirus testinin mənfi nəticəsini tələb etməyə başlayıb. İlkin halda bu müddət martın 1-dək idi./report

Xəbər lenti