Xəzər Xəbər

Bayden: İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi

Dünya | 12:38 • 28 Fevral 2021
Bayden: İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi

ABŞ-ın Silahlı Qüvvələrinin fevralın 26-da Suriyada hava zərbəsi endirdiyi iranyönlü qruplar Amerikanın regiondakı hərbi qulluqçularına hücum etməyi planlaşdırırlar.

Bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Cozef Baydenin ABŞ Konqresinə göndərdiyi bildiriş mətnində deyilir.

Sənəd Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

Amerika lideri qanuna uyğun olaraq Konqresin Senatına və Nümayəndələr Palatasına Suriyanın şərqində İran tərəfindən dəstəklənən silahlılar tərəfindən istifadə olunan infrastruktura zərbənin onun göstərişi ilə endirildiyini bildirib. Siyasətçi qeyd edib ki, bu "qeyri-dövlət qruplar" İraqdakı ABŞ ordusuna və koalisiyalara hücumlarda iştirak edib.

"Bu qruplar gələcəkdə də oxşar hücumların davamlı planlaşdırılmasında iştirak edirlər", - Bayden deyib.

Fevralın 26-da gecə ABŞ Suriyada İranın Silahlı Qüvvələrinin obyektlərinə hava zərbələri endirib. Bu qərar Amerika prezidenti Cozef Bayden tərəfindən bəyənilib. Pentaqonda informasiyanı təsdiq ediblər. Qeyd olunub ki, zərbə Amerikanın İraqdakı obyektlərinə bu yaxınlardakı hücumlarına cavab olub./report

Xəbər lenti