Xəzər Xəbər

Günlük yoluxma 420 mini ötdü ÜST

Dünya | 10:25 • 28 Fevral 2021
Günlük yoluxma 420 mini ötdü

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 420 mindən çox artıb.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 420 491 nəfər yeni koronavirusa yoluxub, 10 939 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 113 076 707, ölənlərin isə 2 512 272 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır./publika.az

Xəbər lenti