Xəzər Xəbər

Paşinyan Sarkisyanın qərarına etiraz etdi

Dünya | 19:55 • 27 Fevral 2021
Paşinyan Sarkisyanın qərarına etiraz etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması təklifini yenidən prezidentə göndərəcək.

Bu barədə Paşinyan "Facebook" səhifəsində yazıb: “Prezident Baş Qərargah rəisinin istefaya göndərilməsi ilə bağlı qərarı geri göndərdi. Bu qərar mövcud vəziyyətin həllinə kömək etmir. Bir daha, müəyyən olunmuş prosedura uyğun olaraq, prezidentə imzasını gözləyərək Baş Qərargah rəisinin istefası üçün vəsatət göndərəcəyəm”.

 

Xəbər lenti