Xəzər Xəbər

Ermənistan prezidenti Baş nazirin qərarını geri qaytarıb

Dünya | 18:51 • 27 Fevral 2021
Ermənistan prezidenti Baş nazirin qərarını geri qaytarıb

Ermənistan prezidenti Armen Sarkisyan konstitusiya səlahiyyətləri çərçivəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə qərarı Baş nazirə qaytarıb.

 “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, Baş nazirin məlum fərmanı hüquqşünaslar və ekspertlər tərəfindən araşdırılıb və bunun konstitusiyaya zidd olduğu qərara alınıb.

Xəbər lenti