Xəzər Xəbər

Peru Konqresində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib

Dünya | 09:25 • 27 Fevral 2021
Peru Konqresində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib

Peru Konqresində fəaliyyət göstərən Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Gilyermo Aliaqanın təşəbbüsü ilə Konqres tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.

Sənəddə 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində soyqırımı törədildiyi, bu zaman uşaq və qadınlar da daxil olmaqla, 613 nəfər mülki azərbaycanlının qətlə yetirildiyi, bu soyqırımının beynəlxalq səviyyədə dəfələrlə qınandığı, 2013-cü ildə Peru Konqresi tərəfindən də rəsmi qaydada tanındığı bildirilib.

Azərbaycan üçün ağrılı bir səhifə olan Xocalı faciəsinə Perunun da laqeyd qala bilmədiyi qeyd olunub və bu amansız qətliamın bir daha heç bir dövlətin tarixində təkrarlanmaması, eləcə də dünyada ədalət və həmrəyliyin bərqərar olması üçün xalqlarımızın birgə çalışmalı olduğu deyilib.

Sonda Xocalı soyqırımının 29-cu ildönümü və bu qanlı faciənin qurbanlarının yad edilməsi ilə bağlı Azərbaycan xalqına başsağlığı ifadə olunub.

Xəbər lenti