Bakı 15 ℃
Xəzər Xəbər
USD 1.7

Ermənistan prezidenti Onik Qasparyanla görüşdü

Dünya | 91 | 19:57 • 26 Fevral 2021
Ermənistan prezidenti Onik Qasparyanla görüşdü

Ermənistan prezidenti Armen Sarksyan ölkənin Müdafi Nazirliyinin Baş Qərargahna gəlib.

Dövlət başçısı Baş Qərargah rəisi Onik Qasparyanla görüşüb.

Bundan əvvəl prezident parlament sədri Ararat Mirzoyanla, parlament qruplarının rəhbərlərilə, həmçinin müxalifətdəki "Vətənin qurtuluş hərəkatı”nın rəhbəri Vazgen Manukyanla, onun həmkarları Artur Vanetsyan və Vahram Bağdasaryanla da görüşüb.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanı vəzifədən azad etmişdi. T.Xaçatryan da baş nazirin istefasını tələb etmişdi. N.Paşinyan da bu tələbi çevriliş cəhdi olaraq qəbul edərək öz tərəfdarlarını Respublika meydanına toplaşmağa çağırıb./Report

Çox oxunanlar

Bu gün hava necə olacaq?
53 | 09:05 • 13 Aprel 2021