Bakı 17 ℃
Xəzər Xəbər
USD 1.7

Türkiyə XİN Xocalı faciəsinin ildönümü ilə bağlı məlumat yayıb

Dünya | 99 | 13:07 • 26 Fevral 2021
Türkiyə XİN Xocalı faciəsinin ildönümü ilə bağlı məlumat yayıb

Ermənistan silahlı birləşmələri tərəfindən 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə edilmiş hücum nəticəsində aralarında qadın və uşaqların da olduğu 613 günahsız mülki şəxs qətlə yetirilib, yüzlərlə Azərbaycan vətəndaşı yaralanıb. Bu hücum nəticəsində mindən çox insan əsir götürülüb. Təəssüf ki, itkin düşmüş şəxslərin aqibəti hələ də bəlli deyil.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, dünyanın gözü qarşısında törədilən Xocalı qətliamının açdığı yaraları indi də təzə bilir, Can Azərbaycanın acısını qəlbimizin dərinliyində hiss edir və bölüşürük.

“Xocalıdakı törədilən insanlığa yaraşmayan qətliamda həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, həyatını itirənlərin ruhları qarşısında baş əyirik.

Azərbaycanın işğal altındakı torpaqlarını azad etdiyi və öz doğma yurdundan didərgin düşmüş bir milyon azərbaycanlıya yurd-yuvalarına qayıtmaq yolunu açan Vətən müharibəsində həyatını itirən şəhidləri də rəhmət və ehtiramla bir daha anırıq”, - deyə açıqlamada bildirilir.

Çox oxunanlar

Bir həftə iş olmayacaq
308 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,044 | 11:28 • 24 Mart 2021